Mübariz Qurbanlı: Azad edilmiş ərazilərdə məscid və abidələrin bərpası işi aparılır

Mübariz Qurbanlı: Azad edilmiş ərazilərdə məscid və abidələrin bərpası işi aparılır
# 10 may 2023 10:53 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə məscid tikintiləri və abidələrin bərpası işi aparılır.

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, bu məsələnin dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətində olduğunu deyib:

“Bununla bağlı xüsusi proqram tərtib olunub. İşlər bu plana uyğun həyata keçirilir. Əsasən fikir verilir ki, məscidlər əvvəlki tarixi görkəminə uyğun bərpa edilsin. Bütün bu məscidlərin tikintisi və bərpası başa çatdırılacaq, qayıdış prosesi yekunlaşdıqdan sonra o yerlərə də din xadimlərinin təyinatı həyata keçiriləcək”.

Bu vaxta qədər köçürülmə aparılan kəndlərdə dini ayinlərin icrası məsələsinə gəlincə isə, o bildirib ki, həmin rayonların əvvəldən təyin olunmuş din xadimləri var. Həmin kəndlərdə dini ayinləri onlar icra edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR