Müəllimlərin yerdəyişməsi üçün vakansiya seçimi başa çatıb

Müəllimlərin yerdəyişməsi üçün vakansiya seçimi başa çatıb
# 23 may 2022 11:11 (UTC +04:00)

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-ya verilən xəbərə görə, 18-23 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsində 2090 nəfər namizəd vakant yer seçərək elektron ərizəsini təsdiqləyib.

Növbəti mərhələdə elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR