Müharibə veteranlarının müavinətlərinin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq

Müharibə veteranlarının müavinətlərinin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq
# 13 yanvar 2023 11:28 (UTC +04:00)

"Müharibə veteranlarına verilən müavinətlərin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq".

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əməkhaqqıları, müavinət və təqaüdlərin artırılması ilə əlaqədar keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırkı sosial paket daha çox şəhid ailələri və müharibə əlilliyi olan şəxsləri əhatə edir.

Nazir müavini qeyd edib ki, yeni sosial paket yanvarın 1-dən tətbiq olunsa da, hesablanaraq fevralda ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR