Nadir xəstəliklərin reyestri hazırlanacaq

Nadir xəstəliklərin reyestri hazırlanacaq
# 10 noyabr 2022 13:40 (UTC +04:00)

“Dövlət proqramlarının nəticəlilik hesabatı ilə bağlı Nazirlər Kabinetinə ilin sonunda hesabat təqdim edirik”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O bildirib ki, Milli Məclisə də belə hesabat təqdim edə bilərlər: “Nadir xəstəliklərlə bağlı bizə kifayət qədər müraciət daxil olur. Bununla bağlı artıq bizə tapşırıqlar verilib. Bu nadir xəstəliklərin reyestri hazırlanacaq. Çünki bu xəstələr qeydiyyatda olmadığı üçün bizdə problemlər meydana çıxır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR