Naxçıvan DOST Mərkəzinin binasının tikintisi başa çatmaq üzrədir

Naxçıvan DOST Mərkəzinin binasının tikintisi başa çatmaq üzrədir
# 26 yanvar 2023 17:13 (UTC +04:00)

Ölkə başçısının 2021-ci ilin may ayında muxtar respublikaya səfəri zamanı verdiyi tapşırığa əsasən Naxçıvan şəhərində də DOST Mərkəzinin inşasına başlanılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, 3 mərtəbədən və bir zirzəmi qatından ibarət olan DOST Mərkəzinin binasının tikintisi başa çatmaq üzrədir. Naxçıvan şəhərində istifadəyə veriləcək mərkəzdə Tibbi Sosial Ekspert Komissiyasının əyani müayinə aparması üçün həkim və müayinə otaqları, əlillik məsələləri, sosial xidmət, sosial müavinət və pensiya ilə bağlı müraciət edən vətəndaşların qəbulu, məlumatlandırılması, sosial sığorta və şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri üzrə qəbul masaları, əhalinin əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə xidmətlərin göstərilməsi, işsiz və işaxtaran şəxslərə onların aktiv məşğulluq proqramlarına cəlb olunması, sağlamlıq imkanları məhdud şəxslərə ehtiyacına uyğun olaraq psixoloq tərəfindən sosial-psixoloji xidmət otağının, övladlığagötürmə ilə bağlı məsələlər üzrə qəbul otağının yaradılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, mərkəzdən kənarda səyyar xidmətin göstərilməsi, inzibati dəstək şöbəsinin yaradılması, sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə qanunvericilikdə müəyyən edilmiş qaydada xidmət göstərilməsi üçün sosial xidmət şöbəsinin eləcədə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, müyəssərliyin təmin edilməsi, əlilliyə görə ayrı-seçkilik faktlarının aşkar edilməsi və üzə çıxarılması məqsədilə monitorinq şöbəsinin, əlillərin əl işlərindən ibarət sərgi-satışın təşkili olunması və hazırlanması üçün emalatxananın yaradılması nəzərdə tutulur.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq Sosial könüllülük hərəkatı formalaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR