Naxçıvanda internet xidmətlərinin keyfiyyətini ölçmək üçün monitorinqlər aparılır

Naxçıvanda internet xidmətlərinin keyfiyyətini ölçmək üçün monitorinqlər aparılır
# 31 yanvar 2023 19:58 (UTC +04:00)

İnternet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə monitorinqlər həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada əhalinin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxinternet istifadəçilərinin istifadə etdikləri intenet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə Nazirliyin mühəndisləri tərəfindən yerlərdə monitorinqlər həyata keçirilir.

Monitorinqlərin nəticəsi onu göstərir ki, əksər hallarda abonentlərin internetdən istifadə edərkən qarşılaşdığı çətinliklər, onların mənzillərində istifadə etdikləri modemlərdə yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda bir xətdə işləməsini təmin edən ADSL splitter qurğularında mövcud olan nasazlıq və ya telefon xəttində calaq olması, paralel qoşulma, həmçinin divarda suvaq altında olan xətlərdə zədələnmə, eləcə də modem qurğusunun ayarlarının yalnışlıqla sıfırlanması və bu kimi digər halların olduğu aşkar olunur.

Həmçinin, bir sıra mənzillərdə internet verilişində fasilələrin yaranmasına, internetin keyfiyyətinin aşağı olmasına səbəb olan yararsız kabellər aşkar edildiyi təqdirdə yeni kabellərlə əvəz edilməsi istiqamətində zəruri tədbirlər görülür, internet xətlərində yaranmış nasazlıqlar qısa zamanda aradan qaldırılır.

Monitorinqlər zamanı telekommunikasiya sahəsində müasir standartlara cavab verən “Argus 156 tester” cihazından istifadə edilir. Bu cihaz telekommunikasiya şəbəkələrində internet xidmətlərinin keyfiyyətinin ölçülməsini həyata keçirir və internet verilişində olan qırılmaları müəyyənləşdirir, eləcə də abonentin ünvanına daxil olan internetin sürətini ölçür.

Qeyd edək ki, əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi, eləcə də xidmət səviyyəsinin keyfiyyətinin ölçülməsi məqsədilə mühəndislərimiz tərəfindən həyata keçirilmiş zəruri texniki tədbirlər nəticəsində, hazırda internet xidmətlərindən istifadə edən istər ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti), istərsə də GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) istifadəçilərinin internet trafikinin müvafiq tariflərə uyğun olduğu müəyyən edilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR