Nazir: “Azərbaycana meymunçiçəyinə qarşı peyvənd gətirilməsinə ehtiyac yoxdur”

Teymur Musayev

© APA | Teymur Musayev

# 17 iyun 2022 13:18 (UTC +04:00)

“Meymunçiçəyinə qarşı mövcud olan peyvənd yalnız tək-tək Afrika ölkələrində qeydə alınıb. Ona görə də həmin peyvəndin kütləvi şəkildə gətirilməsinə heç ehtiyac da yoxdur”.

Bunu APA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Nazir deyib ki, Azərbaycanda meymunçiçəyinin geniş şəkildə yayılmasına əsas yoxdur:

“Uzun müddətdir ki, planlı şəkildə əhali peyvənd olunur. Digər çiçək növlərinə uyğun olaraq peyvəndlərin meymunçiçəyinə qarşı qarşılıqlı həssaslığı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR