Nazir: “Direktoru kimin təyin etməsinin fərqi yoxdur, əsas prosesi şəffaf qurmaqdır”

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 21 dekabr 2021 10:40 (UTC +04:00)

“Yerli təhsil idarəetmə qurumlarının rəhbərləri artıq birbaşa Təhsil Nazirliyinin tabeliyində olacaq. Təhsilin vahid yerdən idarə olunması səmərəliliyi qaldırır”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.

Onun sözlərinə görə, təhsil prosesi o zaman effektiv olur ki, hamı öz işini düz görür: “Məncə biz forma dəyişikliklərindən yox, daha çox mahiyyət dəyişikliyindən danışmalıyıq. Direktoru kimin təyin etməsinin fərqi yoxdur. Əsas bu prosesi şəffaf qurmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR