Nazir: “Əməyin Mühafizəsi Mərkəzi qaydaların müəssisələrdə tətbiqinə dəstək verəcək”

Sahil Babayev

© APA | Sahil Babayev

# 20 iyun 2022 10:37 (UTC +04:00)

“Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi yaradılmaqdadır”.

APA xəbər verir ki, bunu Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir Mərkəzin əməyin mühafizəsi üzrə standart, norma və qaydaların müəssisələrdə tətbiqinə dəstək verəcəyini qeyd edib:

“Bu qeyd edilənlər Azərbaycan Hökuməti, sosial tərəfdaşlar və BƏT arasında növbəti illər üçün əməkdaşlıq prioritetləri kimi müəyyən oluna bilər. Əvvəlki Ölkə Proqramları çərçivəsində birgə icra olunan, beynəlxalq səviyyədə nümunə kimi tanınan layihələrin nəticələri gələcək illər üçün məşğulluq siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək, yeni təşəbbüsləri müəyyən edəcək. Əhalinin, xüsusilə də həssas kateqoriyadan olan şəxslərin səmərəli məşğulluğunun təmin edilməsində sosial məsuliyyəti və vətəndaş cəmiyyətinin iştirakını artıracaq, BƏT-lə Azərbaycan arasında əməkdaşlığı daha da möhkəmləndirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR