Nazir: Hamı repetitor yanına gedirsə, qəbul imtahanında nəticənin aşağı olmasının səbəbi də repetitordur

Nazir: Hamı repetitor yanına gedirsə, qəbul imtahanında nəticənin aşağı olmasının səbəbi də repetitordur
# 25 noyabr 2022 16:35 (UTC +04:00)

Repetitorluq məsələsi dəfələrlə müzakirə olunub.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, repetitorluq dünyanın hər yerində var, irəli sistemli təhsili olan ölkələrdə də var:

“Valideyn uşağına əlavə saat alırsa, bunu edə bilər. Repetitorluq imtahan sistemimizlə bağlıdır. Çünki bizdə imtahan rəqabətə bağlıdır. Deyilir ki, təhsildə keyfiyyət yoxdur, ona görə uşaq repretitor yanına gedir. Bir tərəfdən də deyilir ki, qəbul imtahanının nəticələri aşağıdır. Hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmanın səbəbi də repetitordu. Yaxşı nəticə olanda bu, repetitorun olur, pis nəticə olanda isə təhsil sisteminin? Bu nə qədər məntiqli arqumentdir? Bu, ziddiyyətli məsələdir. Demək ki, zəif uşağa repetitor da kömək edə bilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR