Nazir: “İş yerlərinin açılması məsələsi yalnız dövlətin üzərində olmamalıdır”

Nazir: “İş yerlərinin açılması məsələsi yalnız dövlətin üzərində olmamalıdır”
# 02 iyun 2023 13:50 (UTC +04:00)

“İşsizliyin tam həlli uzun prosesdir. İxtisaslı işçi qüvvəsinin yetişdirilməsi önəmli çağırışlardan biridir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, eyni zamanda iş yerləri ilə bağlı da problemlər var:

“Yeni iş yerləri də yaradılmalıdır. İş yerlərinin açılması ilə paralel isə ixtisaslı işçi qüvvəsinin də yaradılması lazımdır. Regionlarda bu problem daha böyükdür. İş yerlərinin açılması məsələsi yalnız dövlətin üzərində olmamalıdır. Yalnız dövlət bu çox böyük bir yükü davamlı olaraq öz üzərinə çəkməli deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR