Nazir müavini: "Minimum pensiya artımı 65 min vətəndaşı əhatə edəcək" - VİDEO

Anar Kərimov

© APA | Anar Kərimov

# 30 dekabr 2021 11:27 (UTC +04:00)

Azərbaycanda minimum pensiya 20 faiz artıb, 240 manata çatdırılıb. Bu da 65 min vətəndaşı əhatə edəcək.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, Azərbaycanda sosial minimumların artırılması çox əhəmiyyətlidir: “Ötən həftələr ərzində minimum əməkhaqqı da 300 manata çatdırılıb. Bunlar yaşayış minimumu üzərində 43 faiz artım deməkdir. 2018-2019-cu illərdə ilk sosial islahatlar zamanı 3 milyard manatlıq maliyyə yükü ayrılmasına dair tapşırıq verildi. Bu, əhalinin 40 faizini əhatə etdi. Sosial ödənişlər son 3-4 ildə 60 faiz artıb və artıq 6,4 milyard manata çatır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR