Nazir: Şəhid tələbələrin diplomları ailələrinə verilib

Nazir: Şəhid tələbələrin diplomları ailələrinə verilib
# 25 noyabr 2022 16:25 (UTC +04:00)

"Şəhid olan tələbələrin diplomları ailələrinə verilib".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, proses davam etdirilir:

"Burada bir qisim şəxslər var ki, onlar məsələn, ikinci kursda oxuyub və ya ali məktəbdə oxuyan vaxtı xaric olunublar. Diplom dövlət sənədidir. Onun verilməsi üçün şəxs tələbə-məzun sisteminə düşməlidir. Mən başa düşürəm ki, bu, şəhid ailələri üçün mənəvi dəyərə malikdir. Lakin mən istədiyim vaxt diplom yazıb vermək səlahiyyətim yoxdur. Biz onları anlayırıq və maksimum şəkildə yardım göstərməyə çalışırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR