Nazir: “Ümumi məşğul əhalinin cəmi 35 faizinin əmək müqaviləsi var” - VİDEO

Sahil Babayev

© APA | Sahil Babayev

# 25 aprel 2022 11:35 (UTC +04:00)

“Bu gün ölkədə əmək müqavilələrinin sayı 1 milyon 700 min ədəddir”.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu, ümumi məşğul əhalinin sayının cəmi 35 faizini təşkil edir.

"Bu gün minimum əməkhaqqı yaşayış minimumunun 1,5 mislinə bərabərdir. Lakin bunu 2-yə çatdırmalıyıq. Bu gün əməkhaqqı fondunun ümumdaxili məhsulda payı bizim arzuladığımız rəqəmlərdən aşağıdır. Bunu inkişaf etmiş ölkələrin səviyyəsinə tədricən çatdırmalıyıq. Ümumi korporativ sosial məsuliyyət proqramlarının sayı çoxdur, amma cəmi məbləğin payına baxdıqda, inkişaf etmiş ölkələrdən geri qalırıq. Düşünürəm ki, yolun başlanğıcındayıq. Bu istiqamətdə birgə işlər aparacağıq", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR