Nazir: “Xüsusi karantin rejiminin tam aradan qaldırılmasında tələsmək olmaz” - VİDEO

Nazir: “Xüsusi karantin rejiminin tam aradan qaldırılmasında tələsmək olmaz” - VİDEO
# 10 may 2022 11:36 (UTC +04:00)

Azərbaycanda xüsusi karantin rejiminin tam aradan qaldırılması məsələsində tələsmək olmaz.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

“Maska rejimi ləğv olunub, indi isə tək-tük məhdudiyyətlər var ki, ÜST-nin tövsiyələrinə əsasən, biz də payız aylarında ayıq-sayıq olmalıyıq. Çünki, istənilən halda, koronavirusun yeni ştamları çıxa bilər, bu baxımdan, yeni mutasiyası olub-olmamasını bilmədiyimiz üçün mümkün qədər diqqətli olmalıyıq”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR