Nazir: “Yeni tədris ilində məktəblərdə testlərin elektron keçirilməsini istərdik”

Nazir: “Yeni tədris ilində məktəblərdə testlərin elektron keçirilməsini istərdik”
# 14 iyun 2022 10:53 (UTC +04:00)

“Bu tədris ili pandemiyadan sonra başlayan ilk tədris ilidir. Qeyd edim ki, tədris ili gec başlayıb. Məncə, bu doğru qərar idi. Bu təhsil sisteminin davamlılığını təmin etmək ən böyük uğur ola bilər”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, təhsil naziri olaraq, əsasən, müəllimlərə minnətdarlığını bildirir:

“Yeni tədris ilində məktəblərdə testlərin elektron vəziyyətdə keçirilməsini çox istərdik. Peşə təhsil formasının da inkişaf etməyi üçün çalışırıq. Həmçinin, məktəblərdə olan formalara gəldikdə isə bu, tənzimləyici qaydadır. Hər bir məktəb bunu nəzərdə tutulmuş formalara əsasən müəyyən edir. Bu forma istiqamətində addım-addım irəliləyirik. Məqsədimiz şagirdlərin vahid forma altında birləşməsidir”.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR