Nazirlik: İxtisaslı kadr olmayana qədər çalışmanın son yaş həddinə çatmış müəllimin müqaviləsinin müddəti artırılacaq

Nazirlik: İxtisaslı kadr olmayana qədər çalışmanın son yaş həddinə çatmış müəllimin müqaviləsinin müddəti artırılacaq
# 06 iyun 2023 12:55 (UTC +04:00)

İxtisaslı müəllim kadrı olmayana qədər çalışmanın son yaş həddinə çatmış müəllimin müqaviləsinin müddəti artırılacaq.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, hansısa məktəbdə ixtisaslı kadr olmadığı təqdirdə, yaş həddinə çatmış müəllimin əmək müqaviləsinə xitam verilməsi halı yoxdur:

"Lakin vakansiya elan olunduqdan sonra həmin məktəbə müəllim gəlirsə, artıq bu zaman çalışmanın son yaş həddinə çatmış şəxsin əmək müqaviləsinə xitam verilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR