Nazirlik: Tələblərə cavab verməyən bağçalara xəbərdarlıq ediləcək 

Nazirlik: Tələblərə cavab verməyən bağçalara xəbərdarlıq ediləcək 
# 08 sentyabr 2022 12:19 (UTC +04:00)

"Monitorinq zamanı birbaşa lisenziyaların şərtlərinə uyğun gəlməyən özəl və ya dövlət bağçası aşkarlanmayıb".

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

“Amma bütün bağçalara gedə bilməmişik və yəqin ki, belə bağçalar var. Tələblərə cavab verməyən bağçalar aşkarlandıqca onlara xəbərdarlıqlar ediləcək, çalışsınlar ki, qısa müddətdə standartlara uyğunlaşsınlar. Bu da baş vermədikdə onlara lisenziyanın verilməsinə təkrar baxıla bilər", - şöbə müdiri deyib.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində istiliklə bağlı problemlər fərqli olduğunu deyən Elnur Əliyev bildirib ki, bütün çatışmazlıqlar aparılan monitorinqlərdə aşkar olunub: "Mövsümə qədər istiliklə bağlı problemlərin aradan qaldırılması üçün nazirliyin Tikinti və Təchizat İdarəsinə sifarişlər veriləcək və həmin idarənin podratçıları tərəfindən problemlərin həlli üzrə işlərə başlanılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR