Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Şuşada keçirilən forumunun iştirakçıları gəzintiyə çıxıblar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Şuşada keçirilən forumunun iştirakçıları gəzintiyə çıxıblar
# 07 iyun 2023 17:23 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Şuşada keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital"ı forumunun iştirakçıları tədbirdən sonra şəhər gəzintisinə çıxıblar.

APA xəbər verir ki, onlar Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda “Heydər Əliyev və Qarabağ” adlı sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə Ulu Öndər Heydər Əliyevin sovet dövründə Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunduğu bildirilib.

Həmçinin Ümummilli Liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR