Növbəti tədris ili üçün tətil günləri açıqlanıb

Növbəti tədris ili üçün tətil günləri açıqlanıb
# 28 iyul 2022 15:02 (UTC +04:00)

2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində tətil günlərinin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd olunub ki, birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edəcək.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR