Oftalmologiya Mərkəzi: 2040-cı ilə qədər 111 milyondan çox insanda qlaukoma xəstəliyi yaranacaq

Oftalmologiya Mərkəzi: 2040-cı ilə qədər 111 milyondan çox insanda qlaukoma xəstəliyi yaranacaq
# 07 iyun 2023 15:09 (UTC +04:00)

2040-cı ilə qədər 111 milyondan çox insanda qlaukoma xəstəliyinin yaranacağı gözlənilir.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Bioloji obyektlərdə və mulyajlarda praktiki bacarıqların öyrədilməsi laboratoriya şöbəsinin müdiri Mətanət Əfəndiyeva deyib. Həkim bildirib ki, bu xəstəliyin yaranmasında genetik, yaş kimi faktorlar ciddi rol oynayır:

“Bu xəstəlik bir sıra hallarda gizli gedə bilir. Əgər nəsildə bu xəstəlik kimdəsə varsa, o zaman 35 yaşdan, digər hallarda isə 40 yaşdan sonra müayinə olunmaq lazımdır”.

Həkim deyib ki, qlaukoma xəstələri ən azı ildə 4 dəfə müayinə və müalicə üçün həkimə müraciət etməlidirlər:

"Bu xəstəlik hansısa müalicə ilə birədəflik sağalmır, xəstələr ömür boyu müalicə və müayinə üçün həkimə müraciət etməlidirlər. Xəstəliyin üç müalicə üsulu var: dərman, lazer və cərrahi üsul. Lakin xəstələr daima həkim nəzarətində olmalıdırlar”.

Yenidoğulmuş uşaqlarda qlaukoma xəstəliyi barədə danışan həkim qeyd edib ki, körpələrdə qlaukoma xəstəliyi olduğu zaman gözdə böyümə gedir:

“Bu zaman erkən müdaxilə şərtdir və sağlamlığı imkan verirsə, təcili əməliyyat edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR