Ombudsman: “Nikahların sayı azalsa da, boşanma statistikası dəyişmir” - FOTO

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 31 may 2022 11:21 (UTC +04:00)

“Nikahların sayı azalsa da, boşanma ilə bağlı statistika dəyişmir”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, təəssüf ki, qeyri-rəsmi nikahların sayı da az deyil: “Belə ailələrdə doğulan uşaqların taleyi isə sonradan risk altında olur. Operativ qaydada həlli vacib olan ailə münaqişələri zamanı biz bəzən rəsmi prosedurları gözləmədən Ədliyyə Nazirliyinə müraciət edirik”.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens qeyd edib ki, qurum bu istiqamətdə Azərbaycanda aparılan bütün fəaliyyətlərə dəstək verməyə hazırdır: “Eyni zamanda, uşaqların müdafiəsi baxımından sektorlar arasında əməkdaşlıq və birgə iş olduqca vacibdir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, ailə münaqişələri oğlan və qız uşaqlarına fərqli təsir göstərir: “Bu, oğlan uşaqlarında davranış, qızlarda isə əsasən mənəvi pozuntulara təkan olur. Buna görə də mediasiya zamanı ailələrə bu psixoloji təsirlərə bağlı məlumat verilir”.

Tədbirdə uşaqların maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələrdə uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan amillər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR