"Omicron" ştamına yoluxmuş şəxslərin vəziyyəti açıqlanıb - VİDEO

Omicron

© APA | Omicron

# 13 yanvar 2022 11:38 (UTC +04:00)

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

APA xəbər verir ki, məlumatda deyilir: "Koronavirusun "Omicron" ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur. Ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb. Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.

Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR