On yeddi ildə məzunların sayı 32 faizdən çox azalıb

On yeddi ildə məzunların sayı 32 faizdən çox azalıb
# 10 iyun 2022 11:25 (UTC +04:00)

“Son bir neçə ildə məzunların sayında azalma müşahidə olunub. Belə ki, son on yeddi ildə məzunların sayı 32.45% azalıb”.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib. Bildirilib ki, qeyd olunan azalma meylinin fonunda 2021-ci ildə məzunların sayı 2020-ci illə müqayisədə 3315 nəfər artıb. Eyni zamanda qeyd etmək lazımdır ki, son illər sənəd verənlərin say tərkibində cari ilin məzunlarının payı azalmayıb, əksinə artıb.

2022-ci il isə sənəd verənlər arasında cari ilin məzunlarının payı ötən ilə nisbətən təxminən 2% artsa da, məzunların mütləq sayı azalıb. Belə ki, ötənilki məzunların cari ildə sənəd verənlərin 82.76%-ni (62982 nəfər) təşkil etməsinə baxmayaraq, 2020-ci illə müqayisədə ərizə verən cari ilin məzunlarının sayı 2491 nəfər azalıb. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31, 2017-ci ildə 75.83, 2018-ci ildə 77.86%, 2019-cu ildə 87.54% və 2020-ci ildə 80.52%-olmuşdu. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı, əsasən, getdikcə azalıb, cari illərin məzunlarının payı isə artıb. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR