Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib- FOTO - VİDEO - YENİLƏNİB-3

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib- FOTO  - VİDEO  - YENİLƏNİB-3
# 30 yanvar 2023 12:36 (UTC +04:00)

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

APA xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

***

12:11

Şəhid Orxan Əsgərovun cənazəsi dəfn olunması üçün İkinci Şəhidlər xiyabanına gətirilib.

APA xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edir.

***

11:46

Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evindən İkinci Şəhidlər xiyabanına yola salınıb.

APA xəbər verir ki, Yasamal rayonunda yerləşən evinin qarşısında şəhidlə vida mərasimi keçirilib.

Daha sonra Orxan Əsgərovun nəşi dəfn olunması üçün İkinci Şəhidlər xiyabanına yola salınıb.

Qeyd edək ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Ötən gün yerli vaxtla saat 22:00 radələrində şəhidimizin nəşi, xəsarət alanlar, səfirliyin digər əməkdaşları və ailə üzvləri Bakıya gətirilib. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb.

***

10:37

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.

APA xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir. Xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vida mərasimində iştirak edir.

Orxan Əsgərovun evinin qarşısında fəxri qarovul düzülüb.

Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılacaq.

Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

***

09:09

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

APA xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində keçirilir.

Mərasimdə şəhidin yaxınları, həmkarları iştirak edir.

Orxan Əsgərovun cənazəsinin yaxın saatlarda evinə gətiriləcəyi, daha sonra dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılması gözlənilir.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

Foto İlkin Nəbiyev, Orxan Kərimov © APA group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR