Oxçuçayla bağlı monitorinqin nəticələri beynəlxalq təşkilatlara göndərilib

Umayra Tağıyeva

© APA | Umayra Tağıyeva

# 29 dekabr 2021 12:21 (UTC +04:00)

"İl ərzində Şərqi Zəngəzur və Qarabağda 66 dəfə monitorinq işləri həyata keçirilib”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, həmin ərazilərdən 657 su nümunəsi götürülüb: "Oxçuçaydan götürülən nəticələr onu göstərir ki, həmin ərazilərdə ən çox çirklənən bu çaydır. Bu barədə məlumatlar aidiyyəti qurumlara və beynəlxalq təşkilatlara təqdim olunub".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə qeyd edib ki, işğaldan azad olunmuş ərazilər su ehtiyatları ilə zəngindir: "Qarabağın su ehtiyatları su qıtlığından əziyyət çəkən Azərbaycan üçün qatqıdır. Hazırda 11 çay üzərində su ölçmə cihazları quraşdırılır. Əvvəlki dövrün göstəricilərinə görə, bu ərazilərdə 2 milyard kubmetrə yaxın su ehtiyatı var. 2 yeni su anbarının tikilməsi ilə bağlı layihə hazırlanıb. Növbəti illərdə bununla bağlı qərar veriləndən sonra tikinti işlərinə başlanılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR