Pediatr: “İmmuniteti gücləndirmək üçün uşaqlara dərman verilməsi doğru deyil”

Erkin Rəhimli

© APA | Erkin Rəhimli

# 22 dekabr 2021 15:50 (UTC +04:00)

“Bəzən valideynlər uşaqlara immuniteti gücləndirmək üçün dərman verirlər. Bu, doğru deyil”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimli bildirib.

“Səbəbsiz yerə dərman verilməsinin tərəfdarı deyiləm. İmmunitet ya var, ya da yoxdur. İmmunitetin güclənməsi üçün idman, təmiz hava və təbii qidalar vacibdir”, - pediatr deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR