Peşə məktəblərinə axşam qrupları üzrə qəbul aparılacaq

Ceyhun Kərəmov

© APA | Ceyhun Kərəmov

# 01 avqust 2022 11:19 (UTC +04:00)

Bu il peşə məktəblərinə ilk dəfə axşam qrupları üzrə qəbul aparılacaq.

APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov deyib.

O bildirib ki, son illərin praktikası bunu tələb edirdi.

“Müşahidələr göstərir ki, əmək fəaliyyəti ilə məşğul olanlar da sertifikat almaq istəyirlər. Ona görə də bir sıra müəssisələrdə axşam qrupları olacaq. Bunun üçün 920 plan yeri ayrılıb”, - Ceyhun Kərəmov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR