Peşə təhsilinə cəlb olunanların sayı 11 minə qədər artacaq

Peşə təhsilinə cəlb olunanların sayı 11 minə qədər artacaq
# 01 avqust 2022 11:16 (UTC +04:00)

Peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov deyib.

O bildirib ki, bu da təhsilin məzmununun və keyfiyyətinin artırılmasına xidmət edəcək.

“2026-cı ilin sonuna qədər peşə təhsilinə cəlb olunanların sayı 11 minə qədər artacaq. Bu, 50 faiz artım deməkdir. Hər il 15 yeni ixtisasın peşə təhsilinə qəbula salınması nəzərdə tutulur. İxtisasartırma və təlimlərlə əmək bazarının tələbatının ödənilməsi əsas prioritetdir”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR