Prezidentin köməkçisi quru sərhədlərin açılması məsələsinə münasibət bildirib

Prezidentin köməkçisi quru sərhədlərin açılması məsələsinə münasibət bildirib
# 28 dekabr 2021 17:39 (UTC +04:00)

“Quru sərhədləri hələ də bağlıdır. Amma insanlar xüsusi icazələrlə quru sərhədindən keçə bilir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, hələlik quru sərhədlərin açılması müzakirə edilmir.

“Omicron ştamının yayılması şəraitində bu məsələ müzakirə edilmir”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR