Prokurorluq "961" və "161" qaynar xətlərinin ödənişli olması barədə məlumata münasibət bildirib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 05 iyul 2022 10:58 (UTC +04:00)

"Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb".

Bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib.

"Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, qeyd edilən əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər", məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR