Prokurorluq Cəbrayılda tapılan insan sümükləri ilə bağlı araşdırma aparır

Prokurorluq Cəbrayılda tapılan insan sümükləri ilə bağlı araşdırma aparır
# 06 noyabr 2022 15:59 (UTC +04:00)

Cəbrayılda insan sümükləri tapılıb.

APA xəbər verir ki, sümüklər rayonun Çullu kəndində aşkar edilib.

Hadisə yerinə baxış zamanı ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR