Qarabağ və Şərqi Zəngəzurda 30 min hektarlıq meşə sahəsi bərpa ediləcək

Nüsrət Süleymanov

© APA | Nüsrət Süleymanov

# 28 yanvar 2022 14:20 (UTC +04:00)

"Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilən ərazilərdə şəhərsalma planlarının həyata keçirilməsi üzrə işçi qrup fəaliyyətə başlayıb. Əsasən, Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planları hazırlanıb, təsdiq olunması prosesi həyata keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının katibliyinin müdiri Nüsrət Süleymanov deyib.

N. Süleymanov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq digər bir istiqamət işğaldan azad edilən əraziləridə ermənilərin təbiətə vurduğu ziyanın aradan qaldırılmasıyla bağlıdır: “Bilirsiniz ki, təbiətimizə erməni vandalları tərəfindən ciddi ziyan vurulub, meşələrimiz məhv edilib. Bununla əlaqədar olaraq ekoloji məsələlərlə bağlı fəaliyyət göstərən işçi qrup müəyyən fəaliyyətlər həyata keçirib. Dövlət başçısı "Bəsitçay" Dövlət qoruğunun bərpa olunması ilə əlaqədar müvafiq sərəncam imzalayıb. Bununla yanaşı, qeyd etmək istərdim ki, işğaldan azad olunmuş ərazilərdə 2022-2026-cı illəri əhatə edən meşə bərpa tədbirlərini nəzərdə tutan tədbirlər planı artıq təsdiq olunub".

Onun sözlərinə görə, bu tədbirlər planına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 30 min hektar ərazidə meşələrin bərpası nəzərdə tutulur.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR