Qarabağda ekoloji genosidin vurduğu zərər barədə monoqrafiya hazırlanır.
Coğrafiya İnstitutundan APA-ya verilən xəbərə görə, İnstitutun Elmi şurasının iclasında Qarabağın inkişafı ilə əlaqədar AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il qərarına uyğun olaraq “Ekoloji genosidin vurduğu zərərlərin qiymətləndirilməsi” haqda albom-monoqrafiyanın və Şuşa ilə bağlı ilin sonunadək nəşri baş tutacaq kitabın hazırlanmasının vəziyyəti, oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan konfranslara hazırlıq müzakirə olunub.