Bank Of Baku

Qəsəbələrdə atmosfer havasının çirklənməsinə görə reytinq hazırlanır

Umayra Tağıyeva

© APA | Umayra Tağıyeva

# 18 mart 2022 17:35 (UTC +04:00)

“İl ərzində müxtəlif fəsillərdə Abşeron yarımadasının bir sıra qəsəbələrində monitoriqlər aparılacaq. Qəsəbələrin atmosfer havasının çirklənməsinə görə reytinq hazırlanır”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, artıq qış dövrü üçün monitoriqlər bitib:

“Buzovna, Mərdəkan, Şüvəlan, Bilgəh, Nardaran, Fatmayı, Mehdiabad, Novxanı və Şıxov qəsəbələrində dövlət investisiyası çərçivəsində alınan mobil laboratoriyadan istifadə edərək, monitorinqlər apardıq. Sadalanan ərazilərdə çirklənmə yol verilən qatılıq həddindən yüksək deyil, normadan aşağıdır. Ən az dəm qazı ilə çirklənmə Şüvəlan, Bilgəh və Nardaran qəsəbələrində müşahidə olunur. Azot 4 oksidlə isə ən az çirklənmə Buzovna, Novxanı və Fatayıda qeydə alınıb. Tozun miqdarına görə ən az çirklənmə Buzovna, Şüvəlan və Mehdiabadda müşahidə edilib”.

U. Tağıyeva qeyd edib ki, növbəti monitorinq aprel və may aylarlnda aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR