Salyanda avtomobil velosipedçini vuraraq öldürüb - YENİLƏNİB

Salyanda avtomobil velosipedçini vuraraq öldürüb - YENİLƏNİB
# 13 may 2022 22:25 (UTC +04:00)

Salyanda baş verən qəzada velosipedçi ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Yenikənd kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan Salyan rayonunun Şəkərli kənd sakini, 2011-ci il təvəllüdlü Quliyev Balabəy Mahir oğlunu vurub.

11 yaşlı velisopedçi hadisə yerində ölüb.

***

Saat 21:38

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Yenikənd kəndində qeydə alınıb.

İlkin məlumata görə “Mercedes” markalı avtomobilin iştirakı ilə baş verən qəzada azyaşlı ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR