Səfir: Bu gün də 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq

Səfir: Bu gün də 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq
# 08 fevral 2023 19:38 (UTC +04:00)

"Artıq bir neçə avtobusumuz Gürcüstan sərhədini keçib”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir bildirib ki, təxliyə olan vətəndaşlarımız qida ilə təmin olunur:

“Gürcüstanda da onlara yemək verilir. Bu gün də 200-dən çox vətəndaşın təxliyə olunacağını ehtimal edirik. Hər gün bir gün öncəki məlumatların əsasında avtobusların sayı müəyyənləşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR