Səfir: Türkiyədə zəlzələdən sonra 25 Azərbaycan vətəndaşı axtarılır

Səfir: Türkiyədə zəlzələdən sonra 25 Azərbaycan vətəndaşı axtarılır
# 08 fevral 2023 15:59 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələdən sonra axtarışda olan 25 nəfər vətəndaşımız var.

APA-nın Türkiyə müxbiri Tural Əsədi Qaziantepdən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu o demək deyil ki, onların başına hansısa bir iş gəlib:

"Telefonlarını itirmiş ola bilərlər, elektrik olmadığı üçün telefonları sönmüş ola bilər. Bu siyahı böyük idi, lakin azala-azala gedir".

Səfir Malatyada itkin olan 4 azərbaycanlı tələbənin axtarışlarının da davam etdirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR