Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsinə start verilir

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsinə start verilir
# 29 iyul 2022 23:30 (UTC +04:00)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi başlanılır.

Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, namizədlər 30 iyul saat 11:00-dan 2 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR