Sertifikatlaşdırma prosesinin müsahibələri başlayıb

# 12 sentyabr 2022 12:10 (UTC +04:00)

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsahibələr 12-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq.

Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR