“Siyəzən Broyler”də mülki müdafiə məşqi keçirilib - FOTO

“Siyəzən Broyler”də mülki müdafiə məşqi keçirilib - FOTO
# 05 oktyabr 2022 11:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi Siyəzən rayonunda yerləşən “Siyəzən Broyler” ASC-də obyekt mülki müdafiə məşqi təşkil edib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məşqin keçirilməsində əsas məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, qüvvələr arasında qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Məşqə FHN-in Şimal Regional Mərkəzi, Siyəzən rayon Yanğından Mühafizə Hissəsinin və “Siyəzən Broyler” ASC-nin müvafiq heyəti və texnikaları cəlb edilib.

Məşq zamanı şəxsi heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, eləcə də funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR