SN: ​​​​Yoluxmların 90 faizindən çoxu Omicrondur - YENİLƏNİB

SN: ​​​​Yoluxmların 90 faizindən çoxu Omicrondur - YENİLƏNİB
# 26 yanvar 2022 15:24 (UTC +04:00)

“Bu gün yoluxmaların əksəriyyəti Omicrona yoluxmadır”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, yoluxmaların 90 faizindən çoxu Omicron ştamı olduğu üçün bunların xüsusi yoxlanmasına ehtiyac yoxdur.

***

15:13

“Yoluxmaların sayının artması Omicron ştamı ilə bağlıdır”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, bu ştamın yoluxduruculuğunun daha çox, inkubasion müddətinin az olması ona gətirir ki, yaxın təmasda olanların əksəriyyəti xəstəliyə yoluxur: “İndi ailədə yoluxma olanda ailə üzvlərinin 90 faizi koronavirusa yoluxur. Xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı eyni qalıb. Ambulator həlqədə xəstələrin sayı çoxalıb. Xəstəlik yüngül keçsə də, bu, səhiyyə yükünün müəyyən qədər artması deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR