Son 2 ayda günvurma ilə bağlı 43 çağırış olub

Son 2 ayda günvurma ilə bağlı 43 çağırış olub
# 05 avqust 2022 12:26 (UTC +04:00)

İki ay ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma səbəbi ilə 43 çağırış daxil olub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun birindən avqustun ikisinədək olan müddət ərzində günvurma səbəbi ilə 43 çağırış daxil olub.

"Bunlardan 23 nəfər xəstə hospitalizasiya edilib, 20 nəfər xəstəyə yerində yardım göstərilib. Müraciət edənlərdən 30 nəfər böyük, 13 nəfər isə uşaq olub. Hospitalizasiya olunanlardan 16 nəfər böyük, 7 nəfər uşaqdır"- qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR