Son 4 ildə müavinətlər üzrə ayrılan illik vəsait 3 dəfə artıb

Son 4 ildə müavinətlər üzrə ayrılan illik vəsait 3 dəfə artıb
# 07 iyun 2022 10:52 (UTC +04:00)

Son 4 ildə həssas qruplara yönələn müavinət və təqaüdlərin, ünvanlı yardımların artırılması istiqamətində də ardıcıl olaraq mühüm addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, həmin sosial ödənişlərin əhatə dairəsi xeyli genişlənib.

Bu proseslər müvafiq istiqamətlər üzrə ayrılan vəsaitlərdə də ciddi artımlarla nəticələnir.

2018-2022-ci illərdə dövlət büdcəsindən müavinətlər üzrə ayrılan illik vəsaitin məbləği 3 dəfə, təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği 5,1 dəfə artıb.

Ünvanlı sosial yardımla üzrə ayrılan illik vəsaitdə isə 30 faiz artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR