Son üç ayda əməkhaqqı fondu 11,4 faiz artıb

Son üç ayda əməkhaqqı fondu 11,4 faiz artıb
# 18 aprel 2022 11:00 (UTC +04:00)

Ölkəmizdə ardıcıl xarakter alan əməkhaqqı islahatları,əmək müqavilələrinin sayında artım dinamikası əmək haqqı fondunda da artımlara imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, 2022-ci ilin yanvar-mart aylarında da Azərbaycanda əmək haqqı fondu 11,4 faiz artıb.

Ümumilikdə son 3 ildə minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq əmək haqqının 40 faiz, median əmək haqqının 80 faiz artımı baş verib. Bu dövrdə illik əmək haqqı fondu isə 2,1 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR