Su hövzələrinin təhlükəsizliyi mövzusunda müşavirə keçirilib

“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə

© APA | “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə

# 11 may 2022 14:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Səbail rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Səbail Rayon İcra Hakimiyyəti və rayonun aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə Xəzər dənizinin Səbail rayonu sahillərində FHN tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri və aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib.

Toplantıda, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR