Su mənbələrinin qiymətləndirilməsinə dair Dövlət Proqramı hazırlanır

Su mənbələrinin qiymətləndirilməsinə dair Dövlət Proqramı hazırlanır
# 29 dekabr 2021 18:56 (UTC +04:00)

“Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət proqramı”nın layihəsi hazırlanıb.


APA-nın məlumatına görə, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun icraçı direktoru Dadaş Hüseynov Geologiya və Geofizika İnstitutunun və Təbiət Tarixi Muzeyinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr olunan tədbirdə deyib.

O bildirib ki, sənədin layihəsi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələri, həmçinin Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirlikləri, “Azərkosmos” ASC, “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə razılaşdırılıb və yeni təkliflər əlavə edilib.

Proqramın layihəsinin təsdiq olunması ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR