Bank Of Baku

“Sülhün Kökləri” təşkilatının təsisçisi Füzuliyə səfər edib - FOTO

“Sülhün Kökləri” təşkilatının təsisçisi Füzuliyə səfər edib  - FOTO
# 09 may 2023 12:22 (UTC +04:00)

Minaların təmizlənməsi və müharibənin təsirinə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı Azərbaycana səfəri başlayıb.

APA xəbər verir ki, səfərin məqsədi ölkəmizin azad edilmiş ərazilərində mövcud mina probleminin miqyası, bu problemin Böyük Qayıdışa və regionda sabitlik, davamlı sülhə yaratdığı maneələri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, “Minalardan üzümlüklərə” devizi altında minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək göstərmək, eləcə də Beynəlxalq Analar Günü münasibətilə azərbaycanlı analarla birlikdə mina problemi ilə bağlı dünya qadınlarına qlobal müraciət etməkdir.

Həmçinin səfərin başlıca məqsədlərindən biri də cari ilin may ayının sonlarında “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda Azərbaycanda keçirilməsi nəzərdə tutulan 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında müzakirə olunacaq qlobal humanitar minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təşviq edilməsi və bu istiqamətdə birgə əməkdaşlığa dəstək göstərməkdən ibarətdir.

Səfər zamanı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri müşaiyət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR