Bank Of Baku

Sumqayıtda 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq

Sumqayıtda 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq
# 13 mart 2022 17:35 (UTC +04:00)

Sumqayıt şəhərində 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Bu barədə Sumqayıt Qaz İstismar Sahəsində APA-nın yerli bürosuna verilən məlumatda deyilir.

Bildirilib ki, “Şəhər-3" orta təzyiqli qaz kəmərində təmir-quraşdırma işlərinin aparılması və qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar, 14. 03. 2022-ci il tarixində saat 09:30-dan etibarən saat 11:30-dək Sumqayıt şəhərinin Kimyaçılar, Təzə Kotec, Köhnə Kotec qəsəbələri, "Xəzər bağları" yaşayış massivində, Bulvar ərazisi və 22-ci məhəllənin qaz təchizatı dayandırılacaqdır. Ümumilikdə 16500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR