Sumqayıtda 82 yaşlı koronavirus xəstəsi toyda saxlanılıb

Sumqayıtda 82 yaşlı koronavirus xəstəsi toyda saxlanılıb
# 07 fevral 2022 08:56 (UTC +04:00)

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin şəhər ərazisində yerləşən şadlıq evlərindən birində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, "Xanədan" şadlıq evində toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Masallı rayon sakini 1940-cı il təvəllüdlü Bəşirov Hamil Daləli oğlunun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

H. Bəşirov barəsində Sumqayıt Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR